Haqqımızda
"The Avenue Press" MMC şirkəti Azərbaycan bazarında reklam sahəsində uğurla fəaliyyət göstərir. Yüksək keyfiyyətli məhsullar və işə peşəkar yanaşma sayəsində "The Avenue Press" artıq nüfuzlu bir şirkət və etibarlı tərəfdaş kimi tanınır. Biz, şirkət olaraq, biznes əməkdaşlıqlarımızı genişləndirmək məqsədilə həm hüquqi, həm də fərdi sahibkarlar üçün ideal şərtlər təqdim edirik. Hər zaman tərəfdaşlarımızın ehtiyaclarını nəzərə alaraq, biznes imkanlarını artırmaq üçün yeni layihələr üzərində işləməyə hazırıq.
İşimizdə əsas prioritetimiz keyfiyyət və peşəkarlıqdır, bu da bizə müxtəlif ehtiyacları olan müştərilər arasında tələbatda qalmağa imkan verir. Digər şirkətlərdən fərqli olaraq, həm böyük topdansatış, həm də kiçik sifarişlərin həyata keçirilməsi üçün hazırıq.
Əməkdaşlığın ilkin mərhələsində biz tərəfdaşlarımıza çevik endirim sistemi təqdim edir və məhsullarımızla bağlı müştərinin narazılığı halında, istənilən məhsulun dəyişdirilməsi üçün zəmanət veririk. Həmçinin, tərəfdaşlarımıza məhsullarımızın kataloqlarını təqdim edirik. Şirkətimiz, bazarda fəaliyyətinə yeni başlamasına baxmayaraq, əməkdaşlarının 15 ildən artıq peşəkar təcrübəsinə əsaslanır. Bu kimi kadr potensialı, şirkətə sahənin oturuşmuş iştirakçıları ilə rəqabət aparmağa və fəaliyyətinin ilk günlərindən etibarən yüksək səviyyəli peşəkarlıq və etibarlılıq nümayiş etdirməyə imkan verir.
"The Avenue Press", B2B müştəriləri üçün bütün çap və reklam sahələrində aparıcı idxalçı, istehsalçı və təchizatçı kimi fəaliyyət göstərir. Biz bütün gücümüzü, təcrübəmizi və peşəkarlığımızı çap və reklam xidmətlərinin inkişafına sərf edirik. Keyfiyyətli məhsullarımızın geniş çeşidi müxtəlif tədbirlər üçün uyğundur. Bizim haqqımızda daha ətraflı məlumat almaq istəyən müştərilərimizi istehsalat obyektimizə dəvət edirik. Burada onlar proseslə daha yaxından tanış ola və xidmət keyfiyyətimizə şəxsən əmin ola bilərlər.